Mütaliəni sevən qızların klatç dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Mütaliəni sevən qızların klatç dəbi - FOTOLAR

Dizaynerlər orijinal kolleksiyaları ilə qarderobunuzu gözəlləşdirir və hər zaman istifadə etdiyiniz köhnə detallardan təmizləyir. Məsələn, ilk baxışda kitaba bənzəyən klatçların dəbə minməsi ilə klassik kiçik əl çantaları əvvəlki əhəmiyyətini itirdi.

Publika.az xəbər verir ki, onlar hələ uzun müddət moda dünyasının fantastik işləri siyahısında qalaraq dəbsevərlərin qəlbini və dəb gündəmini işğal altında saxlayacaq. Xüsusən, mütaliə həvəskarları həmin klatçlara biganə qala bilməyəcək. Çünki onlar sizi “Alisa möcüzələr diyarında” romanının real qəhrəmanına bənzədəcək. Axı hər xanım onu reallıqdan uzaqlaşdırıb sevgi, gözəllik və macəra dolu dünyaya səyahətə aparan özəl bir aksessuara ehtiyac duyur.

Uzaqdan kitab kimi görünən klatçlar kənardan şıq və iddialı görünür. Hər biri incəliklə işlənmiş sənət əsəri kimi orijinallığı ilə diqqət çəkir. Xüsusən, rəngli modelləri gənc qızların əlinə çox yaraşır. Kltaçların üzərində romantik romanların adı həkk olunub. Həmin adlar klatçları estetik baxımdan çox zərif göstərir.

Əgər əl qabiliyyətiniz yaxşıdırsa, özünüz də belə bir çanta hazırlaya bilərsiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm