Azra Akın: “Dubayda yaşaya bilərəm” - FOTOLAR
Bizi izləyin

Dəb

Azra Akın: “Dubayda yaşaya bilərəm” - FOTOLAR

Azra Akın dünən axşam “Arab Fashion Week”-in açılışında iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur model Dubaydakı dəvətdə həm mətbuatın, həm də qonaqların diqqət mərkəzində olub. Gecədə Azra Akın zərifliyi və cazibədar davranışı ilə rəğbət qazanıb.

İlk dəfə keçirilən “Arab Fashion Week”-in şərəfli qonağı olaraq Dubaya gedən Azra Akın ərəb jurnalistlərin sual atəşinə məruz qalıb. “Dubayda bir filmdə çəkilməyə razı olardınız?" - sualına məşhur modelin cavabı belə olub: "Həm də məmnuniyyətlə oynayaram, hətta bir müddət burada yaşaya da bilərəm".

Tanınmış livanlı dizayner Toni Vardın dəfiləsinə Azra Akın Ruşen Dənizlinin tikdiyi libası geyinib.

Onu da vurğulayaq ki, dəb həftəsində ərəb dünyasının tanınmış simaları, şahzadələr, beynəlxalq dərəcəli dizaynerlər də iştirak edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm