Eyni paltarı dəfələrlə geyinən qənaətcil şahzadə - FOTOLAR
Bizi izləyin

Dəb

Eyni paltarı dəfələrlə geyinən qənaətcil şahzadə - FOTOLAR

Məşhurların ictimaiyyət qarşısına hər gün yeni obrazlarda çıxmaq imkanları yetərincədir. Amma bir çoxunun daim geyindiyi, sevdiyi paltar və ya aksessuarları da var. Məsələn, Keyt Middlton İngiltərə krallığının sevimli gəlini olsa da, bir paltarı dəfələrlə geyinməkdən utanmır. Publika.az Kembric hersoginyasının təkrar geyindiyi paltarları xatırlamaq qərarına gəlib.

Bu həftə hersoginyanın qrafiki kifayət qədər gərgin idi. Keyt Middlton “007: Spektr” filminin London premyerasında, eləcə də xeyriyyə gecəsində iştirak edib. Lakin “Chance UK” xeyriyyə fondunun gənc yetirmələri ilə görüşdə Keytin “Orla Kiely”-dan geyindiyi boz paltarı daha çox diqqət cəlb edib. Xatırladaq ki, o, bu paltarını 3 il əvvəl də geyinmişdi.

Digər ulduz dəbpərəstlər bir paltarı ikinci dəfə geyinməyə çəkinsələr da, bizim qəhrəman belə xırdalıqlar barədə qətiyyən düşünmür. Onu da deyək ki, Keyt kübar cəmiyyətin bu ənənəyə əməl edən ilk nümayəndəsidir. Keytin qarderobu “Alexander Mcqueen”, “Jenny Packham” və digər məşhur dizaynerlərin dəstləri ilə doludur. O, mütəmadi olaraq çıxışlarında köhnə geyimlərinə müraciət edir. O, sadə paltarlarını müxtəlif aksessuarlarla uyğunlaşdıraraq bir neçə dəfə istifadə etsə də, hər dəfə yeni tərzdə görünür. Paltarlara bu cür münasibətinə görə onu “qənaətcil Keyt” adlandırırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm