Qışın gözlənilməz trendi: ağ palto – FOTOLAR
Bizi izləyin

Dəb

Qışın gözlənilməz trendi: ağ palto – FOTOLAR

Ağ paltolar payız-qış aylarının gözlənilməz trendidir. Ağ palto ilk baxışda payız və qış üçün əlverişli geyim sayılmasa da, zaman keçdikcə və dəb inkişaf etdikcə bir çox qaydalar kimi, bu qayda da, öz əhəmiyyətini itirib.

Buna baxmayaraq, ağ rəngli paltolar özünə qarşı xüsusi ehtiyatlılıq tələb edir. İstənilən adam razılaşar ki, qüsursuz ağ palto seçmək və onu təmiz saxlamaq kifayət qədər diqqət tələb edən işdir. Bundan başqa, yağışlı və buludlu günlərdə onu geyinə bilməzsiniz, çünki belə havada ağ palto həm yersiz görünəcək, həm də çirklənmə ehtimalı yüksəldəcək.

Publika.az-ın bu yazısında ağ paltonu nə ilə uyğunlaşdıra biləcəyinizi öyrənəcəksiniz.

Ölməz klassika: ağ-qara

Ağ-qara rəngin inanılmaz vəhdəti haqqında hər şey deyilib. Bu iki rəngin dueti heç vaxt köhnəlmir. Bu uyğunluq bütün geyimlərə, o cümlədən, ağ paltoya da aiddir. Qara kolqotka və ya qara çəkmə ilə ağ palto əla görünür. Ağ paltonu qara dəri şalvar, yaxud ətəklə birləşdirmək də yaxşı ideyadır.

Ağ rənglə ehtiraslı qırmızının qırılmaz vəhdəti

Ağla qırmızının, eləcə də, zoğalı çalarların ən təsirli vəhdətini Viktoriya Bekhemin timsalında görə bilərik. Qırmızı rəng minimalist üslubda geyinməyi sevən ulduzun obrazına rəng qatıb. Beləliklə, əlavə detallar olmadan da, gözəl tərzini nümayiş etdirə bilib. Açıq dikdaban ayaqqabılar isə ağ silueti əla şəkildə tamamlayıb.

Gündəlik stili tamamlayan ağ palto

Məlum olduğu kimi, cins şalvarlar kejual stilinin ayrılmaz hissəsidir. Bax, bu cinslər ağ paltonun mükəmməl “tərəf-müqabili” ola bilər. Cazibədar aktrisa Cessika Alba, adətən, bu ansamblları seçir. Tanınmış stilistlər isə kejual stilində ağ paltonu idman ayaqqabılarla birləşdirməyi təklif edir.

Ağın digər rənglərlə vəhdəti

Ağ istənilən rənglə uyğunlaşmaq xüsusiyyətinə malikdir. Odur ki, siz ağ paltonu istənilən cəlbedici rənglə birləşdirə bilərsiniz. Bu, sizin sevdiyiniz və ya dəbdə olan hər hansı rəng də ola bilər. Açıq-mavi və yasəmən mövsümün ən yaxşı variantlardan biridir. Bundan başqa, pastel, limon, şaftalı və nanə kimi rənglər də ağ rənglə oyunda gözəl görünürlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm