Dəb dünyasının yeni qanunu: Uyğunsuzluq! – FOTOLAR
Bizi izləyin

Dəb

Dəb dünyasının yeni qanunu: Uyğunsuzluq! – FOTOLAR

Sviter, jaket və trikotaj paltarlar ilin bu soyuq vaxtında böyük populyarlığa malikdir. Onun köməyilə soyuqdan qoruna, o cümlədən, nəfis obraz yaratmağa nail ola bilərik.

Toxunma, uzun, qısa, rəngli və təkrəng sviterlərə payız-qış moda nümayişlərinin əksəriyyətində rast gəlinir.

Publika.az xəbər verir ki, dizaynerlər orijinal görünmək həvəsində olan modapərəstlər üçün asimmetrik kəsimli sviterlər təklif edir.

Asimmetrik kəsimli sviterlər də qış qarderobunda xüsusi yer tutur. Çünki asimmetrik kəsimlər fərqli görünmək istəyən xanımların arzusunu reallaşdırır. Əgər asimmetrik və ya qeyri-adi kəsimlər: qolun olmaması, köynəyin bir tərəfinin uzun, digərinin qısa olması bir zamanlar gülüş hədəfinə çevrilirdisə, bu gün trend sayılır.

Dizaynerlərin bir çoxu yeni geyim nümunələrinin yaradılması üçün bu üsuldan istifadə edir. Stella Makkartni, Viktoriya Bekhem və modelyer Viktor Alfaronun da kolleksiyalarının ana xəttini uyğunsuzluq, qeyri-adi kəsimlər təşkil edir. Belə görünür ki, uyğunsuzluq müasir dəbdə hələ uzun müddət davam edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm