Cennifer Lopezin sarı rəng ehtirası – FOTOLAR
Bizi izləyin

Dəb

Cennifer Lopezin sarı rəng ehtirası – FOTOLAR

46 yaşında olmasına baxmayaraq, hələ də dünyanın ən cazibədar ulduzları arasında göstərilən Cennifer Lopez son illər stili ilə də göz oxşayır. Onun bu yaxınlarda baş tutan “Qızıl qlobus” mükafatları gecəsində geyindiyi sarı libas hələ də dəbsevərlərin dilindədir. Bu, dəbdəbəli görünməkdən çəkinməyən və bütün diqqəti özünə cəlb etməyə can atan ulduzun sarı rəngə ilk müraciəti deyil. Cazibədar müğənni rəqiblərinin kölgəsində qalacağından ehtiyat etdikdə məhz sarı rəngi seçir. O, “Giambattista Valli”, “Michael Kors”, “Zuhair Murad” kimi modanın ən div markalarından seçdiyi geyimlərlə insanı valeh etməyi bacarır.

Əslində, dəb mütəxəssisləri sarının çox riskli rəng olduğunu və doğru kombine edilmədikdə ortaya xoşagəlməz mənzərənin çıxacağını deyirlər. Ancaq Cey Lo bu riski gözə alır. Maraqlıdır ki, sarı rəng onu heç vaxt yarı yolda qoymayıb. O, makiyajı, aksessuar seçimləri ilə bu rəngi özünə yaraşdırmağı bacarıb. Bunda qarabuğdayı dərisinin də rolu az deyil.

Cennifer Lopez sarını həm qırmızı xalı gecələri, həm də küçə stili üçün ən uğurlu rəng hesab edir.

Publika.az gözəl ulduzun sarı rənglə yaratdığı ən uğurlu obrazları seçib:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm