Corcio Armanini ayaq üstə alqışladılar – FOTOLAR
Bizi izləyin

Dəb

Corcio Armanini ayaq üstə alqışladılar – FOTOLAR

İtaliyalı maestro Corcio Armani daim öz unikal kolleksiyaları və gözəl parçaları ilə pərəstişkarlarını sevindirir.

Publika.az xəbər verir ki, dünən Paris Dəb Həftəsi çərçivəsində moda evinin növbəti kolleksiyası nümayiş olunub.

Moda aləminin əvəzolunmaz dizaynerinin yaz-yaz kolleksiyası izləyicilər tərəfindən maraqla qarşılanıb.

İctimaiyyətə təqdim edilən hər bir geyim böyük məhəbbət və incəliklə hazırlanıb. İstedadlı dizayner həmkarlarından fərqli olaraq, öz üslubunu bazarın tələblərinin xeyrinə dəyişmir və qeyri-adiliyə qaçmır. O, öz üslubuna sadiq qalaraq, dəb pərəstişkarlarının qəlbini klassik və zərif siluetləri ilə fəth etməyə üstünlük verir.

Kolleksiyada, əsasən, açıq yasəmən rəngindən istifadə edilib. Yüngül parça və gözəl tikmələr, bənövşəyinin zərif çalarları diqqətə layiqdir!

Dəb təndiqçiləri əmindir ki, yeni kolleksiyadakı paltarların bir çoxunu ulduzların qırmızı xalı çıxışlarında görə biləcəyik. Bənövşəyi ilə bərabər kolleksiyada boz və qara rənglərə də yer verilib.

Onu da qeyd edək ki, dəb nümayişinə gələn qonaqlar kolleksiyanı ayaq üstə alqışlayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm