Dəb
Xaki fevral və mart ayının əsas rəngi olacaq
Zərif çəhrayı, eləcə də soyuq mavinin yaz-yay aylarının əsas rənglərindən biri olacağı deyilir. Lakin yaza hələ çox var.
Publika.az xəbər verir ki, fashion-ekspertlərin fikrincə, havalar istiləşənə qədər dəb gündəmini xaki rəngi zəbt edəcək. Onların fikrincə, fevral və mart aylarında xaki rəngi aktual olacaq. İndi xakinin müxtəlif çalarları açıq qəhvəyi tonlarının ciddi rəqibi hesab edilir!
Məlum olduğu kimi, açıq qəhvəyi, karamel, pastel və bej çalarları universal sayılır. Çünki onlar, demək olar ki, hər rənglə uyğunlaşır və istənilən hadisə üçün münasibdir. Açıq çalarlar, əlbəttə, qaralmış dəridə qəşəng görünür. Lakin qışda bu rənglər bənizinizi solğun göstərə bilər. Stilistlər bildirirlər ki, soyuq qış aylarında açıq qəhvəyini xaki ilə əvəz etsək, uduzmarıq. Bu rəng obrazınızı da iddialı göstərəcək.
Xakinin də öz növbəsində müxtəlif çalarları var: xardal rəngindən tutmuş, yaşıla çalan qəhvəyiyə qədər. Ona görə də hər kəs öz zövqünə münasib olan rəngi seçə biləcək.
Bu rəngin tünd variantları, xüsusən, axşam mərasimlərində gözəl görünürlər. Xaki açıq qəhvəyidən fərqli olaraq, sizi bir-iki yaş daha cavan göstərir. Nəhayət, xaki daha müasir və dəbli görünür.
Aytən
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO