Çanta ilə ayaqqabı uyğunluğu dəbdədir - FOTOLAR
Bizi izləyin

Dəb

Çanta ilə ayaqqabı uyğunluğu dəbdədir - FOTOLAR

Bir vaxtlar ayaqqabı ilə çantanın bir-birinə zidd olması dəb dünyasında qəbul olunmaz sayılırdı. Lakin zaman dəyişdikcə köhnə dəbin qalıqları da öz əhəmiyyətini itirir. Müasir dəb dünyasının modelyerləri xanımlara ayaqqabı ilə arzuladığı çantanı götürməyə icazə verir. Dəbli olmağa iddialısınızsa, hər dəfə çanta-ayaqqabı uyğunluğunu təkrar etməli deyilsiniz.

Həmçinin ayaqqabı və çanta uyğunluğuna əməl edənlərə heç kim etiraz edə bilməz. Məsələn, bir çox dəb tendensiyaları geri qayıtdığı kimi çanta və ayaqqabı uyğunluğu yenidən öz aktuallığını bərpa edib.

Keçmişdən bu günə bir çox markanın ayaqqabı və çanta kolleksiyalarından az-çox xəbəriniz var. Zənnimcə, heç biri bu mövsümdəki qədər əyləncəli olmayıb. İstifadə edilən rənglər, naxışlar həqiqətən ecazkar görünür.

Büdcəniz sizə dünyaca məşhur brendlərin məhsullarını almağa imkan vermirsə, sadəcə rəng və şəkillərə baxaraq daha münasib qiymətlərdə təqdim olunan orta səviyyəli markaların ayaqqabı və çantalarından ala bilərsiniz. Lakin onu da qeyd edim ki, ayaqqabı və çanta bir-birinə uyğun olsa da, bəsit görünməməlidir.

İdman ayaqqabı və çantalarda uçuşan kəpənəklər

Birbiriyle Uyumlu Ayakkabı ve Çantalarla Kombinler

Kombinin detalları

Ayaqqabı və çanta: “Givenchy”

Palto: “Agnona”

Ətək: “Carven”

Şərf: “Reed Krakoff”

Kombindəki çiçəkli slip modeli adlanan ayaqqabı və çanta bahar aylarında həqiqətən ecazkar görünür. Bu tərzdə bir ayaqqabı və çanta istifadə etdikdə artıq başqa bir naxışa ehtiyacınız olmayacaq. Kombində istifadə edilən tünd narıncı rəngli ətək və şərf obraza rəng qatır. Kombini qızılı rəngli bəzəklərlə tamamlayıb qəşəng stil əldə etmişik.

Kiçik bir şparqalka: Vodolazka və yaxası qapalı köynəklərin cansıxıcı görünməməsi üçün nazik və uzun boyunbağılar taxmaq kifayətdir.

Stilettolar da çiçək açıb

Birbiriyle Uyumlu Ayakkabı ve Çantalarla Kombinler

Kombinin detalları:

Ayaqqabı və çanta: “Dolce&gabbana”

Şərf: “Loro Piana”

Ətək: “Valentino”

Pencək: “Blackfive”

Zövqlər müxtəlif olsa da, bənövşəyi və yaşılın bir-birini tamamlayan ən gözəl rənglər olması barədə mübahisə edə bilmərik. Bənövşəyi və yaşıldan ibarət bu çanta və stiletto dəsti çox zərif görünür. Dizayner buradakı rəngləri təbiətdən oğurlayıb. Üstündə təsvir olunan bənövşəyi rəng lavanda çiçəklərini, yaşıl isə yarpaqları ifadə edir. Dizaynerlərin bu rəngləri ayaqqabı və çanta üzərinə köçürməsi isə əsl möcüzədir! Şərf də yubkaya uyğun rəngdə seçilib.

Kiçik bir şparqalka: Krujeva ətəklər gündəlik istifadə üçün münasib və rahat deyil. Bu ətəkləri idman stilində istifadə etməyə cəhd göstərsək də, krujevalar aylı-ulduzlu romantik gecələrdə daha gözəl görünür. Bu dəsti isə yüngül axşam mərasimləri və ad günlərində lap yerinə düşər. Sizin özünəməxsus stliniz varsa, krujevalı paltarla daha ehtiyatlı rəftar edin. Onları xüsusi günlərə saxlayın!

Göyqurşağı kimi rəngarəng ayaqqabı və çanta

Birbiriyle Uyumlu Ayakkabı ve Çantalarla Kombinler

Kombinin detalları:

Ayaqqabı və çanta: “Valentino”

Ətək: “Ted Baker”

Manto: “Gucci”

Boyunbağı: “Natasha”

Bu dəst də daha bir təbiət möcüzəsini əks etdirir. Belə ki, göyqurşağı rənglərini əks etdirən bu ayaqqabı və poçtalyon çanta dəsti yay aylarında trend olmağa iddialıdır. Publika.az çılğın ruhlu və rəngli geyinməyi sevən xanımlar üçün müxtəlif rəngləri birləşdirib. Şərf, ətək və boyunbağı üç fərqli rəngdən ibarətdir. Bu rənglərin hər biri ayaqqabı və çanta üzərində olduğu üçün bayağı görünmür. Manto və vodolazka ağa yaxındır.

Kiçik bir şparqalka: Neon (əlvan) rənglərin istifadəsi çətin olsa da, düzgün uzlaşdırdıqda gözəl görünür. Belə olan halda bu dəstə geyimdə mühafizəkarlığa və ciddiliyə üstünlük verən xanımlar da yox deyə bilməyəcək.

Bu dəstdə yaza uyğun çox əlvan çalarlara müraciət etmişik. Hamısı əlvan rənglərdir. Lakin yumşaq tonlar seçdiyimiz üçün parlaqlıq gözə girmir. Siz də rəngarəng geyinərkən bu qaydalara mütləq riayət edin.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm