Baharın gödəkcə və plaş dəbi belə olacaq – FOTOLAR
Bizi izləyin

Dəb

Baharın gödəkcə və plaş dəbi belə olacaq – FOTOLAR

Pencək və gödəkcə mövsümü başlayıb. Qış paltoları nə qədər gözəl və maraqlı olsa da, yaz-yay mövsümünün müxtəlif, yüngül və rəngli üst geyimləri qədər gözoxşayan olmur. Bəs, bu mövsüm hansı gödəkcə və plaşlar aktual olacaq?

Bu yazıda qarşıdakı mövsümün ən qaynar trendindən danışacağıq.

Yazın əsas trendindən biri də zamşa parçalardır. Ən çox gödəkcələrdə istifadə olunan bu parçalar, nədənsə, qızların seçimləri arasında çox nadir hallarda görünür. Zamşanın modapərəstlərin qarderoblarında az olması ən nəcib və mürəkkəb materiallardan biri olması ilə izah edilir. Lakin baharın gəlişi ilə trendlərə əməl etmək istəyən hər kəs qarderobunu zamşa gödəkcə və plaşlar, müstəsna hallarda isə jaketlərlə zənginləşdirə bilər.

Dəbdə olan zamşa gödəkcə mütləq qısaldılmış, parlaq və ya pastel çalarları ilə boyanmış rənglərdə olmalıdır. Yeri gəlmişkən, təmkinli qəhvəyi və boz rənglərə də üstünlük verilə bilər. “Burberry Prorsum”, “Derek Lam”, “Gucci”, “Jason Wu”, “Trussardi”, “Michael Kors”, “Trussardi”, “Tommy Hilfiger”, “Fendi” kimi moda evləri bir-birindən fərqli və rəngarəng zamşa gödəkcələr təklif edirlər.

Qarderoblarda yerini alan zamşa gödəkcələrin saçaqlı modelləri daha çox diqqət çəkir. Yeni mövsümün ən populyar variantı isə qəhvəyi tonlarıdır.

Zamşa gödəkcələri nə ilə uyğunlaşdırmalı?

Zamşa gödəkcələr mövsümün digər trendi olan cinslərlə birlikdə əla görünür. Cins kombinezon və köynəklərin də ən yaxşı tamamlayıcısıdır.

70-ci illərin uzun paltar dəbi ilə, ya da mini ətəklərlə də gödəkcələr xoş görünür.

Ağ şalvarlarla da möhtəşəm görüntü əldə etmək olar.

Zamşa parçaların ömrünü necə uzatmalı?

Zamşa gödəkcələri daha uzun müddət istifadə etmək istəyənlər üçün kiçik, amma faydalı təkliflərimiz var.

Əgər yağışa düşmüsünüzsə və pencəyiniz islanıbsa, onu əlinizlə silməyin. Çünki əlinizdəki yağ yumşaq dəriyə ləkə sala bilər. Ona görə də evə gəldikdən sonra zamşa əşyalarınızı quru süngərlə təmizləyib qurumağa qoyun. Əşyalarınız islanmasa da, onları hərdən-bir süngər ilə təmizləyin. Bu üsul zamşa əşyaların ömrünü uzadır.

Digər bir üsul isə sudan qoruyan spreylərdir. Həmin spreyləri böyük mağazalardan tapa bilərsiniz. Sprey xüsusi zireh rolunu oynadığı üçün zamşadan olan hər hansı əşyaya yağış və palçıq ləkəsi düşməsinə mane olur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm