Dəb
Əfsanəvi qadın Koko Şanelin əvəzolunmaz dəb məsləhətləri - Fotolar
Moda dünyasında əsaslı dəyişiklik haqqında düşünəndə ilk olaraq hansı xanımın adı ağla gəlir? Bu xanım Koko Şaneldən başqa kim ola bilər axı?!
Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlib. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.
O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün "Şanel Moda evi"ni açır. Amma Birinci dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra - 1919-cu ildə "Şanel Moda evi" fəaliyyətini bərpa edir.
İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdılar. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. 1939-cu ildə İkinci dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.
1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı. Amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi.
Koko Şanel 88 il ömür yaşadı. Bu 88 il ərzində məşhur xanım geyim stillərinə, kostyumlara, moda evlərinə, ətirlərə öz adını və həyatını vermiş oldu. Şanel çox yeniliklər yaratmaışdı, ən əsası da, o elə bir qadın yaratmışdı ki, hansı ki, ona qədər heç kim bunu bilmir, tanımırdı. Bu məşhur xanım “moda dahisi, filosofu” idi. Amma, bütün bunlara baxmayaraq qoca yaşlarında Şanel elə tərfiləniləsi halda deyildi: özündənrazı, burnu göylərdə, kinli, ədavətli və hökmlü bir qarı kimi idi və tənha idi.
Hələ sağlığında "moda aləminin filosofu" adlandırılan, XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da Parisdə dünyasını dəyişib. Əfsanəvi qadın, təkrarolunmaz dizayneri bu gün xatırlamamaq günah olardı. Buna görə də, Koko Şanelin yaradıcılığından və moda dünyasında etdiyi inqilabları yada salmaq qərarına gəldim.
Ötən əsrin 20-ci illərinin əvvəllərində moda dünyasında qadın geyimi cazibədarlıq və zəriflik baxımından olduqca kasıb idi. Bu situasiyadan məharətlə bəhrələnən Koko Şanel öz modellərində inqilabi yeniliklər edir və Fransanı moda paytaxtına çevirə bilir. Şanel təkcə dövründə mövcud olan qadağaları və məhdudiyyətləri nəzərə almadan öz həyatını istədiyi kimi qurmur. Eyni zamanda, o, öz düşüncəsinin yaratdığı modellərlə heç bir qadının bacarmadığı işi görür və moda anlayışını başdan-ayağa dəyişir. Şanel üslubu anlayışı artıq moda terminologiyasında möhkəm təsdiqini tapıb. Koko dəb dünyasına çox sürətlə daxil olur. O, əvvəllər qadınların ağlına belə gəlməyəcək bir üslubda, idman üslubunda kostyumlar yaradır, çimərliyə adi matroska və dar yubkada gəlməyə cəsarət göstərir.
Kimsə onu möcüzə adlandırırdı, kimsə isə ona qorxu ilə yanaşırdı. Çünki onun dövrü üçün qadının azad fikir yürütməsi qeyri-standart hal idi. Heç nəyə baxmayaraq, Şanel öz əqidəsinə və təkrarolunmaz üslubuna sadiq qalır. O, inanırdı ki, bir gün bütün qadınlar da azad düşünmək haqqına sahib olacaq və bu yolda əlindən gələni edirdi. Onun bu yolda silahı isə novator tərzdə yaratdığı eskizləri idi. Şanel düşünürdü ki, yaxşı görünmək üçün çoxlu əziyyət çəkmək lazım deyil, əksinə insanın özünü ifadə tərzi təbii və sadə olmalıdır. Şanel özü daima prinsiplərinə sadiq qalır çox zövqlü geyinirdi. O, üslubunda üzərində artıq detallara yer verməzdi. Təmtəraqlı libasların moda gündəminə daxil olduğu bir vaxtda Koko Şanel sadəliyin və təbiiliyin təbliği ilə məşğul olurdu. Bununla yanaşı, Koko Şanel əvəzolunmaz qadın olmaq üçün həmişə dəyişmək lazım olduğunu vurğulayırdı.
Kişi stili
Koko Şanel qadın geyimlərinə hər hansı kişinin çətin cəsarət edə biləcəyi azadlıq bəxş edir. Dövrünün məşhur stilistləri müxtəlif ornamentlərlə bəzədikləri qadın donlarını təqdim etdiyi bir vaxta heç kimə tanış olmayan Koko Şanel qadınları şalvarla tanış edir. Ətrafındakı insanların fikirlərini nəzərə almadan o, bunu ilk olaraq öz üzərində sınayır. Qadın şalvarını dəbə Koko gətirsə də, özü nadir hallarda şalvar geyinirdi. Düşünürdü ki, şalvar qadında kişidəki qədər gözəl görünməyəcək. O, əsasən görüşlərə və səyahətlərə enli şalvarla getməyi üstün tuturdu, çünki belə daha rahat idi.
Amma qısa, kişi saç düzümü onun xoşuna gəlirdi. Səbəb sadə idi: qısa saçlara qulluq etmək daha asandır. Bir dəfə o, uzun hörüklərini kəsərək ictimaiyyət arasına çıxır və saçlarının qaz kolonkasında ütüldüyünü açıqlayır. Beləliklə, 1917-ci ildə qadın qısa saç düzümü dəbi meydana gəlir. Şanelə qədər qadınların saçları mütləq uzun olmalı idi.
Qısa qara don
Əlbəttə, şalvarlar Koko Şanelin yeganə kəşfi deyil, onun ən gözəl
ixtirası əfsanəvi qısa qara don hesab olunur. 1919-cu ildə
avtomobil qəzasında həlak olan sevgilisi Artur Keypel Şaneli dərin
depressiya qərq edir. “Sevdiyim insan dünyasını dəyişdi. Məni heç
nə maraqlandırmırdı. Bütün günlərimi ağlamaqla keçirirdim” - Koko
həmin günlər haqqında xatirələrində belə yazırdı. Əgər bu hadisə
baş verməsəydi, bəlkə də onun qara parça ilə məşhur eksperimentləri
baş tutmazdı. Bəziləri söyləyirdilər ki, o, dəbə ona görə qara
rəngi gətirdi ki, bütün fransız qadınları onun həlak olan
sevgilisinə yas saxlasınlar. Şanelin isə yas saxlamağa hüquqi
icazəsi yox idi, çünki Arturla evli deyildilər.
O, qara rəngi universal hesab edirdi və məhz Koko Şanelin sayəsində qara rəngli paltarlar matəm və ayin geyimi olmaqdan çıxaraq, çox mədəni və şıq geyimə çevrilir. Bu don xanımlara hər bir situasiyada yardım edən vasitəyə çevrilir. O, ilk baxışda zövqsüz, sadə görünən məşhur balaca qara paltarı sayəsində dünya şöhrəti qazanır. Onun nadir tapıntısını zəriflik, yüksək zövq və incəlik simvoluna çevirir.
Şlyapalar
Şanel moda evinin növbəti məhsulu şlyapalardır. Şlyapaları “Moda Olimpiadası” yarışmasında Qabriel Şanelin zəfəri saymaq olar. Belə ki, Şanel öz biznesinə gündəlik istifadə oluna bilən qadın şlyapaları satmaqla başlayıb. Şlyapalara qarşı onda böyük ehtiras var idi və bu gün də Koko Şanel şlyapararı bütün dünya qadınlarının sevərək istifadə etdiyi aksessuar olmağa davam edir.
Jaket və dizdən aşağı yubkalar
Bu faktı da mütləq qeyd etmək lazımdır ki, məişət geyimi kimi qiymətləndirilən bir çox paltarlar - pencək və jaketlər, həmçinin dizdən aşağı yubkalar Koko Şanel sayəsində müasir qadının qarderobuna daxil ola bilir. Koko öz dizlərini qadın bədəninin eybəcər hissəsi hesab etdiyi üçün onları gizlətməyin tərəfdarı idi.
Bahalı bijuteriya və zinət əşyaları
Koko Şanelin nailiyyətləri siyahısında bəzək əşyaları mühüm yer tutur. Onun sayəsində bəzək əşyalarının gündəlik geyimlərdə istifadə olunması normal hal sayılır. Şanel bijuteriyalardan sadəcə gözəl bir aksessuar kimi istifadə edirdi, o dövrün qanunlarını nəzərə alsaq, ətrafdakı insanlar və dizaynerlər üçün də gözlənilməz bir hal hesab olunurdu.
Məhz o, qadınları yolverilməz israfçılığa sövq edirdi. Belə ki,
mirvarini gündəlik geyimlərlə daşımaq imkanını qazandırır. Mirvari
düzümləri “Chanel” markasının simvollarından hesab olunur. Şanel
“Yalınz təbii mirvarilərin bahalı sapa və ya metal üzərinə
düzülməlidir” fikrini alt-üst edir. O, şüşə daşları belə parlaq
sədəf rənginə boyamaqla, adi muncuqlardan təbii mirvari görünüşünün
əldə olunması ideyasını modaya daxil edir.
Koko Şanel brilyantları mirvarilərdən heç də az sevmirdi. O, zamanında etdiyi bir həmlə ilə uçurumda olan moda dünyasını bahalı zinət əşyaları ilə dirçəltməyi bacarır. Təəccüblü deyil ki, onun hazırladığı bəzək əşyaları, o cümlədən qolbaqlar tezliklə sevilərək qadınların qəlbinə və üslubuna yol tapır. Onlar bahalı metallar və ya plastik materiallar üzərində hazırlanırdı, parlaq və vintaj elementlər diqqətə layiq idi. Qeyri-adi aksessuarlar obrazı tamamlamğa və diqqət cəlb etməyə qadir idi. O, yığcamlığı sevmirdi, aksesuarları üzüm salxımı elementləri və parlaqlığı ilə daima diqqət çəkirdi. Böyüklüyündən asılı olmayaraq hər bir detalı incəliklə hazırlanır. Bəzək əşyasına uzaqdan baxmaqla “Coco Chanel” imzası olduğunu anlamaq mümkün idi.
Tvid parça
Koko Şanelin modada cızdığı tvid parçası zərifliyin və zadəganlığın bir nümayəndəsi olmağa davam edir. Bu parça şotlandiyalı hersoq Vindzorskoqun ən sevimli parçalarından biri kimi tanınırdı. Əfsanəvi madmazel Koko Şanel də bu parçanın pərəstişkarlarından olub. Tvid əvvəllər həqiqətən də ləyaqətli və mötəbər parça sayılırdı. Əvvəllər parça sırf kişi materialı sayılırdı, ancaq Şanel onu qadın geyimlərinin sevimli parçasına da aid edir. Onun yaratdığı iri cibləri olan və xüsusi emblemli kaşmir kişi sayağı pencəklər diqqət çəkir. O, kişi fraklarıdır ki, artıq qadın bədəninə uyğun olaraq hazırlanır. Cəmiyyətin prinsip və ənənələrinə baxmayaraq, bütün bunlar bizim rahatlığımızı təmin etməkdən ötrü hazırlanmışdı.
İki rəngli ayaqqabı
Şaneldən əvvəl uzun bağları olan çantalarin daimi və ya hərbi
məqsədlərlə işlədilməsi məlum olsa da, ona kimi bijüteriyaları
gündəlik olaraq yalnız yüksək təbəqənin xanımları taxırdı. Şanelin
yaratdıqları yalnız qadın rahatlığı üçün nəzərdə tutulan
detallardır ki, indi heç birimiz qarderobumuzu onlarsız təsəvvür
belə də bilmərik. Bunlardan biri də 2 rəngli ayaqqabılardır. Heç
şübhəsiz, indi də fəaliyyət göstərən “Chanel” modalar evinin
yaratdığı nümunələrdən istifadə edən hər bir xanım bu dahi insanın
bizim üçün nələr yaratdıqlarının – zərif, zövqlü və eyni zamanda,
rahat olan geyimlərin istifadəçisidir.
Chanel №5
Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə "Chanel №5" ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Koko Şanel üçün çox böyük uğur idi.
1920-ci ilin yayında Koko Rusiyadan olan məşhur kimyaçı-parfümer Ernest Bo ilə tanış olur. Bu görüş hər ikisinə uğur gətirir. Bir il uzun təcrübələr və gərgin işdən sonra Ernest qadın qoxusu verən qadın ətrini ərsəyə gətirir. Ətir əvvəllər qəbul olunan kimi heç bir konkret gülün ətrini vermir. Bu, 80 komponentdən sintez olunmuş ilk ətir idi. Bu gün də “Chanel 5” ətri planetdə ən çox satılan ətirlərdəndir.
Breton bluzlar
2014-cü il yayında klassikləşən ağ-qara zolaqlı geyimlər olduqca populyardır. Breton bluzlar, yəni, ağ-qara zolaqlı köynəklər ilin brendi olmaq özəlliyinə sahibdir. Breton bluzların tarixçəsi olduqca maraqlıdır. Fransız donanmasının əsgərlərinin uniformaları onların həyatını xilas etmək məqsədilə yaradılıb. Belə ki, forma dənizə düşən əsgərlərin aydın görünməsi və onları tez xilas etmək məqsədilə hazırlanıb. Əfsanəvi qadın və modelyer Koko Şanel 1900-cu illərin əvvəllərində dənizçi uniformasından ilham alaraq kolleksiyalarında bu təsvirlərdən istifadə edir. Şaneldən sonra digər dizaynerlər də onun izi ilə gedərək ağ-qara zolaqlı geyimləri qadınların qarderobuna daxil edirlər. Breton bluzlar keçən əsrin bir çox dəb ilahələrinin də sevimlisi olub. Andrey Hepbrun və Merlin Manro bu tərz geyimlərdən çox istifadə ediblər. Şanelin sadəlikdən dəbdəbə yaratmaq fəlsəfəsi yüz illərdir ki, aktual olaraq qalıb. Bu qaydalar indi moda dünyasında yüksək zövqdən xəbər verir.
Məşhur Chanel çantası
Onun yaradıcılığı əfsanəvi sırıqlı və zəncirbəndli çanta ilə yekunlaşır. Kokonun bu ixtirası qadınların əllərini həqiqi mənada artıq yükdən azad edir. Onlar nəhayət ki, çantaları əldə gəzdirməkdən azad olub, çiyində daşımaq fürsəti qazanır. O dövrdə bu çantaları ancaq yüksək zövqlü qadınlar daşıyırdılar.
-
Sosial16:03
Ziya Hacılıya yüksək vəzifə verildi
-
Magazin115:16
Bu məşhurlar Elgizin qohumu imiş
-
Rəsmi xronika14:12
İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz13:33
Paşinyan telefondakı intim yazışmaları oxudu və... - İrəvanda siyasi böhran
-
Dünya13:21
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”