Bir donu min cür geyinməyin yolu - Fotolar
Bizi izləyin

Dəb

Bir donu min cür geyinməyin yolu - Fotolar

Bir donu min cür geyinməyin yolu

Yeni ilin gəlməsinə artıq sayılı günlər qalıb. Yeni ildə tətil olduğu üçün hər günü dostlarla, tanışlarla və ya iş yoldaşları ilə qeyd etməli oluruq. Lakin hər mərasim üçün ayrı paltar almaq istəməyənləri bir problem birləşdirir. “Həmin gün nə geyinəcəyəm?” Tabloid.az Rusiya mətbuatına istinadən bir donu müxtəlif tərzdə geyinməyə aid stil təkliflərini təqdim edir:

Qara paltarlar bütün qadınların qarderobunun əvəzolunmazıdır. Xüsusilə gecə dəvətə gedərkən rahat kombinə olunduğu üçün əlimizə ilk qaralar keçir. Lakin zaman-zaman qara paltarlarla etdiyiniz kombinlər sizə də çox sıxıcı gələ bilər.

Fotolarda qara donları bir neçə tərzdə geyinmək üsulları izah olunur. Siz də mini qara paltarın möcüzəsindən istifadə edərək dəvətlərə bir paltarla müxtəlif stillərdə gedə bilərsiniz.

Dar qara donun üzərinə qara qısa pencək geyinərək ofis mərasimində rahatlıqla iştirak edə bilərsiniz. Bu tərzi gözəgəlimli ayaqqabı və çanta ilə uzlaşdıraraq daha qəşəng tərz yaratmaq öz əlinizdədir.

Eyni qara paltarın üzərinə kürk və ya xəz geyinə bilərsiniz. Ayaqqabılarınızı hərəkətə gətirin, bir neçə böyük və parıltılı aksessuar taxın. Yeni il kokteyli üçün hazırsınız...

Yeni il gecəsi bayıra çıxmaq istəyirsinizsə, qara paltarınızı qırmızı rənglə tamamlayın. Qırmızı ayaqqabı və çanta sizi eyni paltarla gecənin unudulmaz və cəlbedici xanımıza çevirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm