Baharın ən vacib aksessuarı - FOTOLAR
Bizi izləyin

Dəb

Baharın ən vacib aksessuarı - FOTOLAR

Baharın ən gözəl aksessuarı ipək şərflərdən, zərif şallardan başqa nə ola bilər ki?!

Şərf geyiminə özünəməxsus gözəllik verir. Çoxları şərfi boynuna hamının bildiyi adi şəkildə bağlamaqla kifayətlənir. Halbuki, şərfləri istifadə etməyin yüz cür üsulu var. Başqa sözlə, fantaziyanız nə qədər böyükdürsə, şalları istifadə etməyin qaydaları da bir o qədər çoxdur.

Şallar son illərdə dəbə minmiş kimi görünsələr də, əslində çox qədim zamanlardan bəri istifadə edilir. Həm soyuqdan qorunmaq, həm də geyimlərimizə gözəllik qatmaq üçün nəzərdə tutulan bu aksessuarlar bir vaxtlar dəbdən uzaqlaşsa da, dizaynerlər onu yenidən dəbə qaytarırlar.

Bahar mövsümündə boynumuzdakı şallar obrazımızı tamamlayıb stil sahibi olmağımıza kömək edir. Yay aylarında isə nazik yaylıqlar və şallar saçları bəzəyir.

Xanımlar qonaqlığa, ad gününə gedəndə, ya da elə gündəlikdə bəzək əşyası kimi məhz şal taxa bilər. Ancaq şalın geydiyiniz geyimin rənginə uyğunlaşmasına diqqət etmək vacibdir.

Yaz aylarında şərf alarkən onun rənginə və parçasına fikir verin. Unutmayın ki, aldığınız aksessuar havaya uyğun olan nazik və yüngül materialdan tikilməlidir. Əsasən, əlvan rənglərə müraciət edin. Çünki əlvan rənglərin insanın əhval-ruhiyyəsi üzərində təsir qüvvəsi çox böyükdür. Tünd rənglər qəmginlik gətirir, əlvan rənglər isə insana çox zaman müsbət təsir edir, əhvalı qaldırır.

Publika.az müxtəlif cür şərf bağlamağın üsullarını izah edən fotolar təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm