Aktrisa yeni ayaqqabı kolleksiyasını nümayiş etdirdi – FOTOLAR
Bizi izləyin

Dəb

Aktrisa yeni ayaqqabı kolleksiyasını nümayiş etdirdi – FOTOLAR

Sara Cessika Parker öz dizaynerlik istedadını inkişaf etdirməyə davam edir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa yeni ayaqqabı kolleksiyasını yaradıb. "Böyük şəhərdə seks" serialının ulduzu “SJP” xətti olan öz firma modelini əsas kimi götürüb onları yeni variantda və parlaq rənglərdə təqdim edib. Kolleksiyaya parıltılı, heyvan printləri, bənövşəyi və narıncı rənglər daxildir.

Kolleksiyanın adı “Strip Collection”-dır.

Sara Cessika hesab edir ki, ayqqabı dizaynlarının cəsarətli olmasına baxmayaraq, onun məhsulları istənilən məkan üçün uyğundur.

Aktrisa yeni kolleksiya haqqında deyib: “Şübhəsiz ki, qara - neytral rəngdir, amma bənövşəyi də mənim üçün eyni funksiyaya malikdir. Heyvanlar printlərini isə bitərəf hesab edirəm. Bu ayaqqabını işdən başqa hər yerə geyinmək olar.

O, çox keyfiyyətlidir, hətta ayaqqabının içinə xüsusi yumşaq altlıq, kiçik balış yerləşdirilib. Qadınların istədiyi əsl rahatlıq budur”.

Las-Veqasda əməkdaşlıq çərçivəsində aktrisa öz yeni kolleksiyasını təqdim edib, orada yeni “Parker” adlı butikin açılışı olub. Ayaqqabıların qiymətlərinə gəldikdə 545 ilə 350 dollar arası dəyişir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm