Gürcüstanın tanınmış dizayneri bakılı modapərəstləri sevindirdi – FOTOLAR
Bizi izləyin

Dəb

Gürcüstanın tanınmış dizayneri bakılı modapərəstləri sevindirdi – FOTOLAR

Dünən “Bakı dəb həftəsi”nə start verilib! Dəb həftəsi çərçivəsində ilk olaraq Gürcüstanın tanınmış dizayneri Avtandil Çkvitinidzenin 2015 payız-qış kolleksiyası nümayiş olunub.

Kolleksiyada istifadə olunan parçalar Yaponiyada istehsal olunub. Avtandil Çkvitinidze bu parçaların mürəkkəb texnikası ilə seçildiyini, kolleksiyasının olduqca sirli və müəmmalı olduğunu söyləyib.

Kolleksiyada qara, boz, ağ və qırmızı rənglərdən istifadə olunub. Modelyer ənənəvi olaraq bu kolleksiyasında da ləkəklərdən, ağ-qara qrafiklərdən, innovativ teksturalardan və mürəkkəb konstruksiyalardan imtina edə bilməyib. Məhz lələkli geyimlər kolleksiyanın əsas nümunələri hesab olunur.

Modleyerin işləri qadınsayağı, bir qədər futuristik və drammatik dizaynları ilə seçilir.

Publika.az xəbər verir ki, nümayişdə moda sənayesinin ekspertləri, o cümlədən Azərbaycanın bir çox tanınmış simaları da iştirak ediblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm