Dəbdə olan zolaqlı geyimlər - FOTOLAR
Bizi izləyin

Dəb

Dəbdə olan zolaqlı geyimlər - FOTOLAR

Dəb tendensiyalarına nəzər salanda bu yayın çox rəngli və əlvan keçəcəyi qənaətinə gəlmək olar. Yaz-yay aylarında dizaynerlər çox rəngli naxışlar təklif edirlər. Publika.az xəbər verir ki, gül motivləri və xallı təsvirlərdən başqa, zolaqlar da eyni dərəcədə aktualdır. Xüsusilə də, iki, üç, hətta 4 rəngli zolaqlar yayın abı-havasına uyğun hazırlanıb.

Əgər siz zolaqlı donlar geyinməyə hazır deyilsinizsə, bu halda zolaqlı yubka və şortik seçmək şansınız var. Bu geyimləri ağ mayka və ya köynəklə birləşdirdikdə ideal yay obrazı yaranacaq.

Başdan-ayağa zolaqlı görünmək istəməyən qızlar zolaqlı köynəklər sayəsində həm sadə görünəcək, həm də dəblə ayaqlaşacaq. Minimalist üslubun tərəfdarlarına zolaqlı köynəkləri cins şalvarla birləşdirmək təklif olunur.

Zolaqlı çantalar, ayaqqabılar, yüngül şərflər də mövsüm trendlərinə daxildir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm