Ən gözəl geyinən 13 stil ikonası – FOTOLAR
Bizi izləyin

Dəb

Ən gözəl geyinən 13 stil ikonası – FOTOLAR

Tarix boyu bir çox ulduz sadəcə cazibədarlığı və gözəlliyi ilə deyil, həm də zövqlü geyimləri ilə yadda qalıb. Onların da hər biri bir stil ikonası adlandırılıb və bir çox xanıma gözəl geyinmək üçün nümunə olublar.

Publika.az gəlmiş-keçmiş ən gözəl tərzə sahib olan 15 stil ikonasını təqdim edir.

Onlardan bəziləri çoxdan əbədiyyətə qovuşsalar da, retro stili sevənlər üçün hələ də ilham qaynağı ola bilərlər.

1. Qreys Kelli

Amerikanın ən gözəl aktrisalarından biri ikən Monakonun kədərli şahzadəsinə çevrilən Qreys hər daim zərif görünməyi bacaran xanımlardan olub.

2. Tviqqi

60-cı illərin stili deyəndə hamının ağlına ilk öncə Tviqqi gəlir. Qeyri-adi və diqqətçəkici stil yaratmaq üçün hələ də dünya ulduzlarının ilham mənbəyi olaraq qalır.

3. Rita Moreno

Balıq ətli xanımlardan olan Rita Moreno sinə dekolteli geyimləri sayəsində dövrünün ən gözəl stil sahibi qadını hesab edilib.

4. Naomi Sims

İlk qaradərili modellərdən biri olub. Sadəcə, gözəlliyi ilə deyil, həm də fərqli və zövqlü libasları ilə yaşadığı dövrə damğa vurub.

5. Ayşvariya Ray

Hindli gözəlin stili indi də avropalı və amerikalı qadınların diqqət mərkəzindədir. Onun stilinin bu qədər bəyənilməsinin əsas səbəbi hər geyimi özünə yaraşdırması və şərqlə qərb stilinin harmoniyasını yarada bilməsidir.

6. Keyt Middleton

Tərzi milyonlarla qadın tərəfindən təqib edilən xanımlardan biri də Keyt Middletondur.

Hersoginya dəbli və sadə geyimləri ilə xüsusilə, ofisdə və dövlət əhəmiyyətli tədbirlərdə necə geyinəcəyinə qərar verə bilməyən xanımlara ilham verir.

7. Mey Uest

“Stil ikonası” ifadəsinin yaranmasına səbəb olan qadındır. Onun tərzi milyonlarla qadına ilham verib.

8. Ketrin Hepbörn

O, Hollivudda ilk dəfə şalvar geyinən qadın idi. Həmin dövr üçün onun bu addımı əsl inqilab hesab edilir.

9. Leydi Diana

Britaniyanın bəxtsiz şahzadəsi Diana da stili ilə diqqət çəkən qadınlardan biri olub. Xüsusilə, orta yaşlı qadınlar onun tərzini yaxından təqib ediblər.

10. Bricit Bardo

Sarışın, çılğın və cazibədar... Jurnallar üçün fotosessiya etdirən ulduzlar hələ də Bricit Bardonun makiyaj stilindən və verdiyi pozalardan ilham alırlar.

11.Odri Hepbern

Zərif inci boyunbağılar, iri günəş eynəkləri və təbii ki, kiçik qara don... Odri Hepbern hələ də qadınların zövqünü formalaşdırmağa davam edir.

12. Meril Strip

Modanı izləyən, dəblə ayaqlaşan orta yaşlı xanımların çoxu aktrisa Meril Stripdən nümunə götürürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm