Yaya rəng qatan möhtəşəm şapkalar - FOTOLAR
Bizi izləyin

Dəb

Yaya rəng qatan möhtəşəm şapkalar - FOTOLAR

Yayın vazkeçilməz aksessuarlarından biri də şapkadır.

Şapka sizi günəşdən qoruyarkən eyni zamanda tərzinizi vurğulayır.

Rəngarəng və bir-birindən dəbli şapka modelləri ilə həm küçə stilinizə, həm də çimərlik geyimlərinizə rəng qata bilərsiniz.

Çimərlik üçün seçəcəyiniz şapkaların daha iri olması məsləhətdir. Belə olduqda günəşin zərərli şüalarından maksimum dərəcədə qoruna bilərsiniz.

Küçə stili üçün isə daha kiçir və rahat şapka modelləri uyğundur.

Bu yay həsir şapkalar və beyzbol şapkaları trend olacaq.

Rəng seçimində isə dəbi özünüz diqtə edə bilrəsiniz. Çünki bütün məşhur markalar müxtəlif rənglərdə olan şapkalar təqdim ediblər.

Publika.az yayın ən gözəl şapka modellərini toplayıb:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm