Dəb ilahəsi dizayner olacaq - FOTO
Bizi izləyin

Dəb

Dəb ilahəsi dizayner olacaq - FOTO

Bleyk Layvli özünü dizayner kimi sınamaq qərarına gəlib. Publika.az xəbər verir ki, qırmızı xalı mərasimlərinin kraliçası və moda ikonası kimi tanınan aktrisa bu dəfə çoxdankı arzusunu həyata keçirib. Aktrisa sosial şəbəkədə öz eskizi əsasında yaradılmış ilk yay paltarının fotosunu paylaşıb. Paltar “Amour Vert” brendi ilə birlikdə hazırlanıb.

O, “İnstagram” bloqunda “Bəlkə də, çox yaxşı çəkmirəm, amma mən “Vert Amour” brendi ilə birlikdə hazırladığım bu paltarın dizaynı ilə fəxr edirəm. Siz də bu paltarda olan fotoları mənə göndərin!” – yazıb.

Paltar 100 faiz təbii ipəkdən hazırlanıb. Qiyməti 230 dollar olan paltarın klyoş, midi ətəyini zərif-çəhrayı rəngli zəngçiçəyi təsvirləri bəzəyib.

Xatırladaq ki, aktrisa müsahibələrində moda biznesi ilə məşğul olmaq istədiyini dəfələrlə vurğulayıb. Əminik ki, bu paltar aktrisanın dizayner qismində sonuncu işi olmayacaq. Onun yeni əsərlərinin səbirsizliklə gözləyirik!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm