Bu 4 geyim tərzi yaya damğa vuracaq – FOTOLAR
Bizi izləyin

Dəb

Bu 4 geyim tərzi yaya damğa vuracaq – FOTOLAR

Bu yayın modasında rəngarənglik, çox çeşidlilik hakimdir. Ancaq dəb mütəxəssisləri əsasən 4 tərzin küçə stilində üstünlük təşkil edəcəyini vurğulayırlar.

Publika.az bu yaya damğa vuracaq 4 tərzi təqdim edir:

Şıq bohem

Bohem tərz həm küçə stili, həm də tətil üçün uyğundur. Mövsümün trendləri arasında olan etnik naxışlarla bəzədilmiş şalvarla, sadə və qısa toplar sayəsində bohem tərzinə bürünə bilərsiniz. Kombininizi qəhvəyi çalarlarında bir səndəl və həsir çanta ilə tamamlaya bilərsiniz.

Belə kombində çox aksessuara ehtiyac yoxdur. Günəş eynəyi kifayətdir.

Asiya təsiri

Bu mövsümün ən trend geyimlərindən biri də rəngli, naxışlı kimonolardır. Sarı və ya narıncı kimono ilə şıq görünməmək mümkün deyil. Naxışlı kimononu sadə libaslarla, mini şortlar, ya da qısa tulumlarla kombinə etmək olar.

Aksessuar olaraq çoxlu üzük və nazik boyunbağı taxa bilərsiniz.

Midi ətək

Yay aylarında midi ətəklər də dəbdə olacaq. Midi ətəyinizi kiçik, sadə aksessuarlarla, bej rəngli şıq hündürdaban ayaqqabı ilə tamamlaya bilərsiniz.

Tropik hava

Yay aylarına ən çox yaraşan dəb tropik naxışlardır. Tropik naxışlı bir tulumla siz də yay modası ilə ayaqlaşa bilərsiniz. Tulumunuzu sadə bir səndəl və ya basonojka, klatçla kombinə etsəniz, stilinizlə göz qamaşdıracaqsınız. Aksessuar olaraq həsir şlyapa, günəş eynəyi və tulumunuzun rənginə uyğun iri sırğalar kifayət edəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm