Misirdə partlayış - Ölən və yaralananlar var - FOTO
Bizi izləyin

Digər

Misirdə partlayış - Ölən və yaralananlar var - FOTO

Misirin İsgəndəriyyə şəhərində bir otelin yaxınlığında partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tolip Otel yaxınlığında səbəbi bilinməyən partlayış meydana gəlib. Şəhər sakinləri partlayışdan sonra çəkilmiş bir fotonu sosial şəbəkədə paylaşıblar.

Hadisə nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisədən bir qədər əvvəl Misirin Daxili İşlər Nazirliyi ölkədə fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" qruplaşması ilə əlaqədə günahlandırılan bir neçə nəfəri saxladığını bəyan etmişdi. Həmin şəxslərin ölkədə prezident seçkiləri öncəsi terror aktı planlaşdırdığı bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm