Şərqi Quta Bəşər Əsədin nəzarətinə keçir
Bizi izləyin

Digər

Şərqi Quta Bəşər Əsədin nəzarətinə keçir

Suriya hökumət qüvvələri 2013-cü ildən mühasirədə saxlanılan Şərqi Quta bölgəsini tam nəzarət altına alır.

Publika.az xəbər verir ki, Suriyada hökumətyönümlü "Al-Vatan" qəzeti Rusiya hərbçiləri və müxaliflər arasında aparılan danışıqlar nəticəsində bu gün Şərqi Qutadakı Duma şəhərinin evakuasiya planı ilə bağlı razılıq əldə edildiyi barədə məlumat yayıb.

Razılaşmaya əsasən, mülki şəxslər və müxalif döyüşçülər mühasirədə olan Duma şəhərindən maneəsiz çıxa bilər. Ancaq müxaliflər ağır silahları şəhərdə qoymalıdırlar. Müxaliflərə Suriyanın şimalına, hazırda müxalif Azad Suriya Ordusunun nəzarətində olan ərazilərə getməyə icazə verilib.

Beləliklə, Duma şəhərindən sonra Şərqi Quta regionu tamamilə Suriya ordusunun nəzarəti altına keçəcək. Şərqi Quta Dəməşqə yaxın region olduğu üçün strateji və simvolik əhəmiyyətə malik olub.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr bu il fevralın ortalarından başlayaraq Rusiya hərbi aviasiyasının dəstəyi ilə Şərqi Quta bölgəsinə hücuma başlayıb. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm