Keçmiş diktator öldü
Bizi izləyin

Digər

Keçmiş diktator öldü

Qvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb.

E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı.

O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.

2013-cü ildə diktator 80 illik həbs cəzasına məhkum edilsə də, Konstitusiya məhkəməsi bu qərarı qanunsuz saymışdı.

Sonrada müxtəlif məhkəmə prosesləri davam etdirilsə də, onun ölümü ilə bu işlər yarımçıq qaldı. (Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm