• USD 1,7000 0,00% EUR 1,9044 +0,68%
    • GBP 2,1393 +0,82% RUB 0,0248 +0,40%

Azad Suriya Ordusu Afrini bu qüvvələrə təslim etdi

  • Digər
  • 4 Aprel 2018 10:02
  • 1 058 Baxış
Azad Suriya Ordusu Afrini bu qüvvələrə təslim etdi

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun “Zeytun budağı” hərəkatı ilə PKK/PYD terror təşkilatından təmizlədiyi Afrin şəhərinin mərkəzi asayişi Suriyanın Milli ordusuna tapşırılıb.

Publika.az xəbər verir ki, ASO şəhər mərkəzinin təhlükəsizliyini Milli ordu polislərinə təhvil verərək axtarış əməliyyatlarına şəhərin digər bölgələrində davam edir.

Suriya müvəqqəti hökuməti ötən ilin dekabr ayında ASO-ya bağlı, təxminən, 30 qurplaşmanın “Milli ordu” adı altında birləşdiyini açıqlamışdı. Milli orduya bağlı hərbi polis təşkilatı isə ASO ünsürlərindən ibarət “Fərat Qalxanı” hərəkatı bölgəsində təşkil edilən polis təşkilatına dəstək məqsədilə qurulmuşdu.

Hərəkatın başlanğıcında cənub tərəfə köç edən Afrin sakinləri evlərinə geri qayıtmağa davam edir. Sakinlərin verdiyi məlumata görə, ASO-nun gənc üzvləri şəhər əhalisinə ərzaq yardımı edir və təhlükəsizlik üçün əllərindən gələni əsirgəmirlər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İdlib gərginliyi azaltma bölgəsində nəzarət məntəqələrindən səkkizincisi olan N12 məntəqəsini təsis edib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR