Suriya hərbi aviabazası atəşə tutuldu
Bizi izləyin

Digər

Suriya hərbi aviabazası atəşə tutuldu

Suriyanın Homs vilayətindəki “T-4” aviabazasına ötən gecə raket zərbəsi endirilib.

Publika.az-ın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı habelə daha bir neçə nəfər də yaralanıb. Agentlik ölən və yaralananların dəqiq sayı barədə məlumat verməyib.

Hərbi mənbənin məlumatına görə, Suriyanın Hava Hücumundan Müdafiə sistemi 8 raketi vurub salmağa nail olub. Qeyd edək ki, agentlik daha əvvəl hərbi bazanın ABŞ tərəfindən atəşə tutulduğunu bildirib. Lakin Pentaqon bu xəbəri təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm