Dünyanın ən qorxunc bombardman təyyarələri - FOTO
Bizi izləyin

Digər

Dünyanın ən qorxunc bombardman təyyarələri - FOTO

Texnologiya inkişaf etdikcə nəhəng dövlətlər ilk olaraq hərbi müdafiə sənayesində yeniliklər etməyə cəhd göstərir. Lakin bu sahədə kifayət qədər təcrübəsi olanlar əcdadlarının qoyub getdiyi mirasları unutmur. Bu miraslar böyük ordular üçün əsas sursat və təcrübə toplaya bilmək üçün güvənli arxiv rolunu oynayır. Bununla birlikdə texnologiya inkişaf etsə də, illər öncə istehsal edilən silahlar öz əvəzolunmazlığını qoruyub saxlaya bilir.

Publika.az hərb tarixinin gəlmiş-keçmiş ən böyük bombardman təyyarələrini təqdim edir:

B-52 Stratofortress

B-52 strateji nüvə bombardman təyyarəsi 1951-ci ildə “Boinq” şirkəti tərəfindən istehsal edilib. Hazırda ABŞ ordusunun sahib olduğu 70 təyyarədən 4-ü sınaqlarda, araşdırma və yenidən istehsal işlərində istifadə edilir, 13-ü depoda saxlanılır.

TUPOLEV TU-160

Tupolev Tu-160, NATO-dakı kod adı ilə “Blackjack” supersonik və dəyişkən geometrik quruluşa sahibdir. SSRİ-də emal edilən ən son strateji, ağır bombardman təyyarəsidir. Quruluş olaraq Amerika istehsalı B-1 Lanserə bənzəyir. Ancaq ondan böyük və daşıma xüsusiyyəti baxımından daha əlverişli və sürətlidir. Bu günədək istehsal edilmiş ən böyük müharibə təyyarəsidir. Tu-160 pilotları təyyarəni manevr qabiliyyətinə və işıq yansıtmayan ağ boyasına görə “Ağ Qu” adlandırırlar.

Texniki özəllikləri

Heyət: 4 nəfər

Uzunluq: 54,1 metr

Yüksəklik:13,10 metr

Qanad açıqlığı: 35,60 metr

Ağırlığı: 275.000 kq

Sürət: 2.05 mach

Motorun İtələmə Gücü: 137 kN

Mənzil:15,000 km

B-1B Lancer

ABŞ Hava Qüvvələrinin xidmətində olan uzun mənzilli strateji bombardman təyyarəsi. B-52 Stratofortress ve B-2 Spirit ilə bərabər ABŞ-ın uzun mənzilli bombardman qüvvəsinin bel sümüyünü təşkil edir.

Texniki özəllikləri

Ana funksiyası: uzun mənzil, çox istiqamətli, ağır bombardman

İstehsalçı: Boinq, Şimali Amerika. Hücum aviyonikləri – Boinq Hərbi Təyyarəsi, Müdafilə aviyonikləri - EDO Korporasiyası

Motor: 4 əsas elektrik F101-GE-102 turbofan

İtələmə qabiliyyəti: motor başına 13607 kq

Qanad açıqlığı: 41.8 metr, tam açıq mövqedə 24.1 metr, tam qapalı mövqedə isə dəyişkəndir.

Uzunluq: 44.5 metr

Yüksəklik: 10.4 metr

Ağırlıq: 86,183 kq

Maksimum qalxma ağırlığı: 216,634 kilogram

Yanacaq potensialı: 120,326 kilogram

Yük: 34,019 kq

Sürət: dəniz səviyyəsində 1.2 mach

Mənzil: Qitələrarası

Heyət: 4 nəfər (təyyarə komandiri, ikinci pilot və iki silah sistem idarəedicisi)

Maliyyə: 283.1 milyon dollar

Tu-95MS (NATO kod adı – Ayı) strateji bombardman təyyarəsi

Rusiya strateji aviasiyasının təməlini təşkil edir. X-55SM strateji raketlərini daşıya bilən bu təyyarə müharibə şəraitində tək başına, düşmənin havadan müdafiə bölgəsinə girmədən bir neçə şəhəri yox edə bilər.

En yüksək sürət: 925 km/saat

Ağırlıq: 94.400 kq

Mənzil: 15.000 km

Düz uçuş sürəti: 710 km/saat

Motor tipi: Kuznetsov NK-12

Maliyyə: 26.280.000–26.280.000 ABŞ dolları (2013)

TUPOLEV TU-22M

NATO kod adı ilə “Backfire” dəyişkən qanad quruluşuna sahibdir. Uzun mənzilli, supersonik bombardman təyyarəsidir. Hazırda ən geniş istifadəçisi Rusiyadır. Osetiya müharibəsində 1 ədədi vurularaq məhv edilib.

Texniki özəllikləri

En yüksək sürət: 2.300 km/saat

Ağırlıq: 54.000 kq

Mənzil: 5.100 km

Uzunluq: 40 m

Motor tipi: Turbojet

İstehsalçı: Tupolev

Northrop Grumman B-2 Spirit

Xüsusi dizynı və gövdə quruluşu ilə B-2 radara yaxalanmadan hədəf üzərinə gedə bilir. Təyyarə hər biri yeksək texnologiya ilə istehsal edilən bomba və raketlərini gövdəsinin içində olan xüsusi yuvada daşıyır. Silah yükü qabiliyyəti 18 144 kq-dır. Təyyarə xüsusi atış sistemləri sayəsində silahlarını istənilən nöqtəyə hər cür hava şəraitində rahatlıqla ata bilər. 2,2 milyard dollar qiyməti ilə dünyanın ən bahalı təyyarəsidir.

Texniki özəllikləri

Heyət: 2 nəfər

Qanad açıqlığı: 52,4 m

Uzunluq: 21.0 m

Yüksəklik: 5,18 m

Boş ağırlıq: 71,700 kq

Yüklü ağırlıq: 152,200 kq

Qalxma əsnasında maksimum ağırlığı: 170,600 kq

En yüksək sürət: 1020 km/h

Motorlar: 4× General Electric F118-GE-100 turbofans

İtələmə qabiliyyəti: 4x 77 kN

XİAN H-6

SSRİ istehsalı olan Tu-16 bombardman təyyarəsinin “qanuni əkizidir”. Nüvə silahı daşımaq qabiliyyətinə sahibdir. Son modeli H-6K 2011-ci ildə Çin ordusunun xidmətinə verilib.

Heyət: 4 nəfər

Uzunluq: 34.8 m

Qanad açıqlığı: 33.0 m

Qanad uzunluğu: 165 m²

Yüksəklik: 10.36 m

Boş ağırlıq: 37,200 kq

Motor: 2 × Xian WP8 turbojet

Silahlar: 2× 23 mm Norinco Type 23-1 top

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm