• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Dünyanın gözlədiyi razılaşma BAŞ TUTDU: liderlər arasında danışıqların detalları MƏLUM OLDU - VİDEO (YENİLƏNDİ)

  • Digər
  • 27 Aprel 2018 13:56
  • 4 203 Baxış
Dünyanın gözlədiyi razılaşma BAŞ TUTDU: liderlər arasında danışıqların detalları MƏLUM OLDU - VİDEO

“Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya Koreya yarımadasının tam denuklearizasiyasına qərar verib”.

Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə liderlərinin sammitinin nəticəsinə görə birgə bəyannamədə deyilir.

KXDR və Cənubi Koreya liderlərinin danışıqlarının detalları məlum olub.

Seul administrasiyasının rəsmi nümayəndəsi bildirib ki, dövlət başçıları Koreya yarımadasının denuklearizasiyası, uzun müddətli sülhün qurulması, cənub və şimalın arasında münasibətlərin inkişaf istiqamətləri üzrə səmimi dialoqdan danışıblar.

Kim Çen In danışıqların birinci raundundan sonra qarşıdurmaya son qoymağa, Mun Çje İn isə ölkələr arasında dəmir yol əlaqəsini qaydaya salmağa çağırıb.

Tərəflər gün ərzində şimalın və cənubun münasibətlərinin yaxşılaşması məsələlərini, həmçinin sülh və yenidən birləşmənin perspektivlərini müzakirə etməyi planlaşdırırlar.

***

Cənubi Koreya və KXDR prezidentləri Mun Çje İn və Kim Çen In arasında sərhəddə yerləşən Pxanmuncom kəndində aparılan danışıqların birinci mərhələsi başa çatıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Şimali Koreya lideri və rəhbərlik etdiyi nümayəndə heyəti öz maşınları ilə nahar fasiləsi üçün Pxanmuncom hərbi demarkasiya xəttini keçərək şimala qayıdıb.

Onun avtomobilini qaçan mühafizəçilər müşayiət edib.

KXDR və Cənubi Koreya liderləri Pxanmuncomda görüş zamanı bir-birinin əlini sıxıblar.

***

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb.

Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Pxanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.

Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.

Sammitin yekunlarına dair birgə sənəd imzalanacaq.

Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.

***

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom yaşayış məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR