Polis bölməsinin yanında alver edən narkotacir ələ keçdi
Bizi izləyin

Digər

Polis bölməsinin yanında alver edən narkotacir ələ keçdi

Tayvanın Sibey şəhərində polis idarəsinin yaxınlığında narkotik alveri edən kişi saxlanılıb.

Publika.az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, həbs edilən şəxs bunu polis idarəsinin yaxınlığının təhlükəsiz olması ilə əlaqələndirib.

“Ən təhlükəli yer əslində ən təhlükəsiz yerdir”, deyə Syu ifadəsində bildirib.

Saxlanılan şəxsin üzərində 3 bağlama amfetamin və ümumi çəkisi 78 qram olan 54 ekstazi həbi olub.

İfadəsində kişi həmin rayonda alver edən digər narkotacirin də adını açıqlayıb. Həmin şəxsdən isə 209 qram amfetamin götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm