Kim Çen dərdini Cənubi Koreya liderinə açdı: İKİ FƏRQLİ SAAT İSMARIŞI
Bizi izləyin

Digər

Kim Çen dərdini Cənubi Koreya liderinə açdı: İKİ FƏRQLİ SAAT İSMARIŞI

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Cay ilə görüşündə may ayında ölkəsindəki nüvə sınaqları bazalarını bağladacağını söyləyib.

Publika.az xəbər verir ki, görüşdə Kim Çen BMT-yə ismarış göndərib.

“BMT təbiətinə uyğun olaraq Şimali Koreyaya düşmən münasibət bəsləsə də, görüşlərə başlamadan öncə mənim ABŞ və Cənubi Koreyaya qarşı nüvə silahından istifadə edəcək tərzdə bir insan olmadığımı bilməlidir” -, Kim Çen bildirib.

Bu barədə Cənubi Koreya liderinin sözçüsü Yun Yonq Çan məlumat verib. Onun açıqlamsına görə, Kim Çen may ayında nüvə təsislərini bağladacaq və ABŞ, Cənubi Koreya kimi ölkələrdən mütəxəssis və jurnalistləri ölkəsinə dəvət edərək bu hadisəni şəffaflıqla işıqlandıracaq.

Kim Çen ABŞ ilə qarşılıqlı təhlükəsizlik və güvən ortamının yaradılması durumunda Şimali Koreyanın nüvə silahlarına ehtiyacı olmayacağını qeyd edib.

Görüşdə Cənubi Koreya ilə bağlı fikirlərini bölüşən Şimali Koreya lideri bunları deyib:

“Sülh Sarayında iki fərqli saat var. Biri Seul, digəri Pxençanın zamanını göstərir. Bu mənim qəlbimə toxunur. Öncə gəlin iki Koreyanın fərqli saatlarını birləşdirək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm