Nigeriyada terror: 20 ölü, 10 yaralı
Bizi izləyin

Digər

Nigeriyada terror: 20 ölü, 10 yaralı

Nigeriyanın şimal-şərqində törədilən terror aktları nəticəsində ən azı 20 nəfər ölüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident Adamava ştatının Mubi şəhərində qeydə alınıb.

Məlumata görə, terrorçulardan biri özünü məsciddə, digəri isə yaxınlıqdakı əşya bazarında partladıb. Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm