Yaponiya QƏRARINI VERDİ: Səfirlik Qüdsə...
Bizi izləyin

Digər

Yaponiya QƏRARINI VERDİ: Səfirlik Qüdsə...

Yaponiyanın baş naziri Şinzo Abe ölkəsinin Təl-əvivdə yerləşən səfirliyini Qüdsə köçürməyəcəkləri ilə bağlı qəti qərarını açıqladı.

Publika.az xəbər verir ki, bu barədə Şinzo Abe Yaxın Şərq turu səfəri çərçicvəsində Fələstində dövlət başçısı Mahmud Abbasla görüşü zamanı deyib. O bildirib ki, Fələstindəki son proseslər və İsrail-Fələstin münasibətlərinin qarşılıqlı həlli istiqamətində görülən işlər təqdirəlayiqdir.

Baş nazir onu da əlavə edib ki, Yaponiya Təl-əvivdəki səfirliyini Qüdsə köçürməyi düşünmür.

Fələstin lideri sözügedən məsələlərin həllinə dair beynəlxalq qanunların həyata keçirilməsində mümkün əməkdaşlıqlara hazır olduqlarını vurğulayıb.

Şinzo Abenin bu gün İsraildə rəsmi görüşlər keçirməsi gözlənilir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabrında Ağ Evdə keçirdiyi mətbuat konfransında Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və ABŞ səfirliyinin Təl-əvivdən Qüdsə köçürüləcəyini bəyan etmişdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm