Kubada sərnişin təyyarəsi qəzaya uğradı: 107 ölü - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Kubada sərnişin təyyarəsi qəzaya uğradı: 107 ölü - VİDEO - (YENİLƏNDİ)

Kubanın paytaxtı Havana yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 107 nəfər ölüb.

Bu barədə “Global Air” aviaşirkətinin “Tvitter” səhifəsində bildirilir.

***

Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 sərnişin olub. Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib. Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.

Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.

***

Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

Publika.az REN TV-yə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb.

Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb.

***

Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Cubana de Aviacion" şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edilir ki, təyyarədə təxminən 100 nəfər olub. Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm