Digər
Bu toplantıda III DÜNYA MÜHARİBƏSİNİ başladacaq hücum planı müzakirə edildi – DETALLAR
ABŞ prezident administrasiyası artıq növbəti həftənin əvvəlində Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır.
Publika.az xəbər verir ki, bu haqda Ağ Evdəki mənbəyə istinadən “Wall Street Journal” yazıb.
Nəşr qeyd edir ki, sanksiyaların tətbiqi imkanı Milli Təhlükəsizlik Şurasının mayın 24-də keçirilən iclasında müzakirə edilib. Bildirilir ki, onlarla yeni sanksiyadan söhbət gedir. İclasda həmçinin hərbi müdaxilə haqqında məsələyə baxılıb.
Xatırladaq ki, daha əvvəl Senatın beynəlxalq komitəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo KXDR-ə qarşı yeni sanksiyaların hazırlandığını bildirib.
“Mən əminəm ki, əlavə sanksiyalar olacaq. Biz sanksiyaların tətbiqini başqa ölkələrdən də xahiş edəcəyik”, - Pompeo deyib.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) isə bəyan edib ki, KXDR-ə maksimal hərbi təzyiqi göstərməyə davam edəcəklər. ABŞ ordusunun Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi bildirib ki, hərbi təzyiq olaraq müttəfiqlərlə təlimlərin keçirilməsi, həmçinin Cənubi Koreyada yüksək hazırlıqlı güclərin yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə keçirilməsi planlaşdırılan görüşünü ləğv edib. ABŞ prezidenti bu haqda bu gün Şimali Koreya liderinə yazdığı məktubunda bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ekspertlər hesab edirlər ki, ABŞ və KXDR liderləri arasında planlaşdırılan görüşün baş tutmaması regionda gərginliyi yenidən artıra, hətta proseslər hərbi qarşıdurmaya apara bilər. Bu qarşıdurmanın isə qlobal müharibə ilə nəticələnəcəyini istisna etmirlər.
Ömər Dağlı
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO