ABŞ-ın Pxenyandan əsas tələbləri MƏLUM OLDU: əvəzində qida və…
Bizi izləyin

Digər

ABŞ-ın Pxenyandan əsas tələbləri MƏLUM OLDU: əvəzində qida və…

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək Partiyasının sədr müavini Kim Yen Çol ABŞ və KXDR liderlərinin mümkün sammitinə hazırlıq haqqında danışıqları müzakirə etmək üçün ABŞ-a səfər edib.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Yonhap” agentliyi bildirib.

Agentliyin mənbəyi bildirib ki, Şimali Koreya məmurunun ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü nəzərdə tutulub. Görüşdə iyunun 12-də Sinqapurda sammitin keçirilməsi haqqında qəti qərar qəbul edəcəklər.

Xatırladaq ki, mayın 24-də isə Amerika lideri Donald Tramp ABŞ və KXDR arasında keçirilməsi planlaşdırılan sammit ləğv edib. Sammit iyunun 12-də Sinqapurda keçirilməli idi.

Daha əvvəl isə Senatın beynəlxalq komitəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo KXDR-ə qarşı yeni sanksiyaların hazırlandığını bildirib.

“Mən əminəm ki, əlavə sanksiyalar olacaq. Biz sanksiyaların tətbiqini başqa ölkələrdən də xahiş edəcəyik”, - Pompeo deyib.

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) isə bəyan edib ki, KXDR-ə maksimal hərbi təzyiqi göstərməyə davam edəcəklər. ABŞ ordusunun Birləşmiş Qərargahlar Komitəsinin nümayəndəsi, general-leytenant Kennet Makkenzi bildirib ki, hərbi təzyiq olaraq müttəfiqlərlə təlimlərin keçirilməsi, həmçinin Cənubi Koreyada yüksək hazırlıqlı güclərin yerləşdirilməsi planlaşdırılır.

"The Japan Times" nəşri ABŞ administrasiyasındakı rəsmilərə istinadən məlumat yayıb ki, Vaşinqton Pxenyanla apardığı məsləhətləşmələrdə Şimali Koreya hakimiyyətindən 20 nüvə başlığının ölkədən çıxarılaraq ABŞ-a göndərilməsinə razılıq verməsini tələb edir. Söhbət həmçinin, ballistik raketlərin ölkədən çıxarılmasından gedir. Pxenyanın tələbləri qəbul edəcəyi halda, Şimali Koreyanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxaracağı və ölkəyə humanitar yardımın göstəriləcəyi bildirilir.

Lakin qeyd edilir ki, hər iki tərəf bu məsələ ilə bağlı konkret razılaşmadan uzaqdır.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan Tramp tərəfindən sammitin ləğvi barədə qərarından sonra bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə edib ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.

Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm