Tarixi zirvədən öncə Şimali Koreyada diplomatik SƏFƏR TIXACI - Rusiyadan ƏKS HÜCUM
Bizi izləyin

Digər

Tarixi zirvədən öncə Şimali Koreyada diplomatik SƏFƏR TIXACI - Rusiyadan ƏKS HÜCUM

ABŞ prezidenti Donald Tramp ilə Şimali koreyalı həmkarı Kim Çen Inın 12 iyunda Sinqapurda gerçəkləşdiriləcəyi planlaşdırılan tarixi görüşündən öncə iki ölkə arasında diplomatik alış-veriş başlanıb.

Publika.az xəbər verir ki, bütün dünyanın maraqla gözlədiyi zirvədən öncə Şimali Koreyanın ali səviyyəli diplomatları ABŞ-a səfər edib.

ABŞ prezidentinin görüşü ləğv etməsindən sonra Şimali Koreya müsbət addım atmış və görüşü gerçəkləşdirmək istədiklərini bildirmişdi. Bundan sonra ABŞ görüşü yenidən gündəmə gətirmiş və Şimali Koreyaya bir heyət göndərmişdi. Bunun ardınca Şimali Koreya da ABŞ-a heyət göndərib. Kim Çen Inın sağ qolu olan general Kim Çen Çxol 18 ildən sonra ABŞ torpaqlarına gedən ilk ali səviyyəli məmur olub.

Beynəlxalq agentliklərin son dəqiqə xəbəri kimi verdiyi məlumatlarda gecə saatlarında Nyu-Yorkda Kim Çenin sağ qolu olan generalın ABŞ xarici işlər naziri Mayk Pompeo ilə görüşüb yemək yediyi bildirilib. Olduqca səmimi bir atmosferdə gerçəkləşdirilən görüşün fotoları isə Mayk Pompeonun tvitter hesabından yayımlanıb.

Ancaq ABŞ-ın Şimali Koreya həmləsindən öncə Rusiyadan əks hücum gəlib və Rusiyanın xarici işlər naziri Sergey Lavrov həmkarı Ri Çen Honun dəvəti ilə Şimali Koreyaya gedib. Bu ölkənin rəsmi xəbər agentliyi KCNA Lavrovun səhər saatlarında ölkəyə çatdığını bildirib. Lakin onun Şimali Koreyada nələr edəcəyi hələ ki, bilinmir.

Bununla yanaşı, ABŞ xarici işlər nazirinin rusiyalı həmkarı Sergey Lavrovla gecə saatlarında telefonda danışdığı və Ukrayna ilə Suriya mövzularını müzakirə etdiyi bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm