Tunis sahillərində gəmi batdı: 37 ölü
Bizi izləyin

Digər

Tunis sahillərində gəmi batdı: 37 ölü

Dünən axşam saat 23.00 radələrində Aralıq dənizində, Tunis sahillərindən 16 mil uzaqlıqda miqrantların olduğu gəmi batıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə göndərilib. Xilasedicilər 37 miqrantın cəsədini çıxarıb, 68 nəfər xilas edilib. Xilas edilənlərin 60 nəfəri Tunis, 8 nəfəri digər Afrika ölkələrinin vətəndaşlarıdır.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm