• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Qiyam qorxusu Kim Çenə bunu etdirdi - GÖZLƏNİLMƏZ ADDIM

  • Digər
  • 4 İyun 2018 10:58
  • 3 098 Baxış
Qiyam qorxusu Kim Çenə bunu etdirdi - GÖZLƏNİLMƏZ ADDIM

Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısı Kim Çen In Sinqapurda ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində ölkənin ali hərbi komandanlığının üç nümayəndəsini dəyişib.

Publika.az xəbər verir ki, bu haqda Cənubi Koreyanın kəşfiyyat mənbələrinə istinadən “Yonhap” nəşri bildirib.

Bunlar Şimali Koreyanın xalq silahlı qüvvələri nazirini Pak Yen Sika, Koreya Xalq Ordusunun Baş qərargahının rəhbəri Li Men Su və Şimali Koreya ordusunun əsas siyasi idarəsinin müdiri Kim Con Qakadır. Onları müvafiq olaraq xalq silahlı qüvvələrinin nazir müavini Ho Qvan Çxol, Baş qərargahın rəis müavini Li Yen Qil və Koreyanın Əmək Partiyasının Pxenyan komitəsinin sabiq sədri Kim Su Qil əvəz edib.

“Əvvəlki vəzifəli şəxslərin düşüncəsində elastiklik çatmırdı. Xüsusi halda, Ho Qvan Çxolu mülayim insan hesab edirlər”, - nəşrin mənbələrini danışıblar.

Mənbələrin sözlərinə görə, ali hərbi komandanlıqda yerdəyişdirmələr Kim Çen Inın ABŞ prezidenti ilə görüşü zamanı bağlaya biləcək denuklearizasiya haqqında razılaşmalarla bağlıdır. Yerdəyişmələrin hədəfi mümkün razılaşmaya qarşı çıxa biləcək hərbçilərin ram edilməsidir. Mənbələr həmçinin ali hərbi rəhbərlikdə dəyişikliyi Trampa müsbət jest kimi qiymətləndirirlər.

Qeyd edək ki, ABŞ və KXDR liderlərinin Sinqapur göüşünün iyunun 12-də keçirilməsi planlaşdırılır.

Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısının birinci müavini Kim Qe Qvan daha əvvəl bildirib ki, Pxenyan ABŞ-la o şərtlə danışıqlar aparacaq ki, Amerika prezidenti Donald Tramp yalnız nüvə problemini həll etməyi deyil, həm də Pxenyanla münasibətləri qaydaya salmağı istəsin. O həmçinin əlavə edib ki, Koreya Xalq Demokratik Respublikası denuklearizasiya haqqında birtərəfli tələblərlə dialoqda maraqlı deyil.

Pxenyanda hesab edirlər ki, danışıqların nəticələri Şimali Koreya iqtisadiyyatının inkişafına impuls verməlidir. Eyni zamanda, Kim Çen In böyük risk qarşısındadır. Axı hərbçilər nüvə proqramından imtinanı məğlubiyyətə bərabər hesab edəcəklər və bu, onun nüfuzunda mütləq təsir edəcək.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR