"Taliban" atəşkəs rejimini uzatmır
Bizi izləyin

Digər

"Taliban" atəşkəs rejimini uzatmır

Bu gün "Taliban" Hərəkatı Əfqanıstan hakimiyyətinin atəşkəs rejimini uzatmaq barədə təklifini qəbul etmədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi "Taliban" Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mocahedə istinadən məlumat yayıb.

"Taliban" nümayəndəsi bildirib ki, atəşkəs rejimi bu axşam başa çatır, atəşkəs rejimini uzatmaq arzuları yoxdur.

Qeyd edək ki, iyunun 7-də Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı münasibəti ilə iyunun 12-dən iyunun 19-dək birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq "Taliban" iyunun 15-dən başlayaraq 3 günlük atəşkəs elan edib.

Dünən Əfqanıstan prezidenti "Taliban" Hərəkatı ilə atəşkəs rejiminin müddətinin uzadılacağını bəyan etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm