Havay adalarında təbii fəlakət - Vulkan püskürməsi gücləndi
Bizi izləyin

Digər

Havay adalarında təbii fəlakət - Vulkan püskürməsi gücləndi

Bu gün yerli vaxtla saat 6:26-da Havay adalarındakı Kilauea vulkanında yeni və güclü püskürmə baş verib. Qızmış lava axını qarşısına çıxan hər şeyi yandıraraq okeana doğru hərəkət edir. Adada 500-ə yaxın evin yanıb kül olduğu bildirilir.

Publika.az xəbər verir ki, püskürmədən qabaq Rixter şkalası ilə 5.3 bal gücündə zəlzələ olub. Bu, yaxın bir neçə gün ərzində ən güclü titrəyiş hesab olunur. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsinin olmadığını bildirib.

Qeyd edək ki, Havay adaları qrupunun Böyük adasında yerləşən Kilauela vulkanı Yer kürəsinin ən aktiv vulkanlarından biri sayılır. Yerli inanclara görə, Kilauela Havay sakinlərinin ənənəvi inanclarında yer alan vulkan ilahəsi – Pelenin yaşayış yeridir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm