Pxenyandan ABŞ-a soyuq duş: “Peşman olduq"
Bizi izləyin

Digər

Pxenyandan ABŞ-a soyuq duş: “Peşman olduq"

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Maykl Pompeonun da qatıldığı nüvə danışıqları ilə əlaqədar sərt bir bəyanat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfinin mövqeyinə görə məyusluğunu ifadə edib.

“ABŞ-ın iki tərəf üçün də güvən yaradacaq təkliflərlə gəlməsini gözləyirdik. ABŞ-ın davranışı bizdə peşmançılıq yaratdı”, - nazirliyin bəyanatında deyilir.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Diplomatik mənbələrə istinadən “Kiodo” agentliyinin yazdığına görə, Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm