• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

Mağarada qalan futbolçular üçün qorxunc XƏBƏRDARLIQ

Mağarada qalan futbolçular üçün qorxunc XƏBƏRDARLIQ

Tailandda uşaqların köməksiz vəziyyətdə qaldığı mağarada 100-dən çox deşik qazılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda xilasedici əməliyyatın rəhbəri bildirib.

Onun sözlərinə görə, uşaqların mağaradan təxliyyəsi haqqında qərar ən yaxın üç-dörd gün ərzində qəbul edilə bilər. O bildirib ki, riskin əsas amilləri - su və oksigenin səviyyəsi hələlik nisbətən əlverişlidir, amma güclü yağışlar başlanacağı halda hər şey ən pis tərəfə dəyişə bilər.

Ekstremal vəziyyət halında dalğıc təchizatından istifadə uşaqları xilas etməyin tək üsulu olacaq. Xilasedicilər mağaraya hava axınını təmin etmək üçün artıq yüzə yaxın deşik qazıblar, amma lazımı nöqtəyə çatmaq hələ mümkün olmayıb.

Mümkündür ki, bir gün əvvəl gəlmiş Böyük Britaniyadan olan ekspertlər köməklik göstərəcəklər.

Xatırladaq ki, iyunun 23-də məşqçi ilə birlikdə on iki gənc futbolçusu Tailandın şimalında yerləşən Txam Luanq mağarasına yola düşüblər. Uşaqların mağaraya girişindən bir neçə saat sonra güclü leysan nəticəsində gələn sel qrupun mağaradan çıxış yolunu kəsib.

Mağaradan suyu daim çəkirlər, ancaq yolu tamamilə təhlükəsiz etmək hələ mümkün olmayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR