Təbii fəlakət nəticəsində ölənlərin sayı 58-ə çatdı
Bizi izləyin

Digər

Təbii fəlakət nəticəsində ölənlərin sayı 58-ə çatdı

Yaponiyada leysan yağışlarından sonra sürüşmələr və daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə qədər artıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 45 nəfərdən çox insan itkin hesab edilir.

Axtarışlar nəticəsində tapılan 6 nəfər hələlik şüursuz vəziyyətdədir. Ölüm hadisələrinin çoxu Xirosuma prefekturasının Xonsyu adasının cənub-qərbində (25 nəfər) və Exime prefekturasının Sikoku adasında (18 nəfər) qeydə alınıb.

Meteoroloqların proqnozlarına əsasən, Yaponiyanın cənubi-qərbi və mərkəzi rayonlarında leysan yağışları bazar günü də davam edəcək və regionda bir gün ərzində 200 millimetr yağıntı düşə bilər. Okayama prefekturasında suyun səviyyəsi ikinci mərtəbəyə qədər qalxıb və insanlar damlarda kömək gözləyirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm