Kim Çen In hakimiyyətdə qalacaq – ÜÇTƏRƏFLİ ZƏMANƏT
Bizi izləyin

Digər

Kim Çen In hakimiyyətdə qalacaq – ÜÇTƏRƏFLİ ZƏMANƏT

Yaponiya, ABŞ və Cənubi Koreya Xarici İşlər Nazirliyinin başçıları səviyyəsində Tokioda üçtərəfli danışıqların gedişatında Koreya Xalq Demokratik Respublikasında (KXDR) rejimin saxlanılmasına zəmanət verməyə hazır olduğunu təsdiq ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqdaYaponiya Xarici İşlər Nazirliyinin başçısı Taro Kono bugünkü görüşdən sonra keçirilən birgə mətbuat konfransının gedişatında bildirib.

“Biz təsdiq etdik ki, Sinqapur sammitində əldə olunan razılığa əsasən Şimali Koreyaya təhlükəsizlik zəmanətləri veriləcək”, - Kono deyib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, KXDR son iki gündə Pxenyanda aparılam danışıqlarda denuklearizasiyaya səfaqətini təsdiq edib.

Dünən isə KXDR ABŞ-ın dövlət katibinin də qatıldığı nüvə danışıqları ilə əlaqədar sərt bir bəyanat verib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfinin mövqeyinə görə məyusluğunu ifadə edib.

“ABŞ-ın iki tərəf üçün də güvən yaradacaq təkliflərlə gəlməsini gözləyirdik. ABŞ-ın davranışı bizdə peşmançılıq yaratdı”, - nazirliyin bəyanatında deyilir.

KİV-in yazdığına görə, Maykl Pompeonun Pxenyana səfəri Şimali Koreya lideri Kim Çen Inla görüşsüz başa çatıb. Pompeo KXDR-in Əmək Partiyasının Mərkəzi Komitəsinin sədri Kim Yon Çxolla görüşüb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Diplomatik mənbələrə istinadən “Kiodo” agentliyinin yazdığına görə, Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm