Yaponiyada sel FƏLAKƏTİ: 140 ölü, 70 itkin - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Digər

Yaponiyada sel FƏLAKƏTİ: 140 ölü, 70 itkin - FOTO (YENİLƏNDİ)

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara 75 min nəfər cəlb edilib.

***

Yaponiyada leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 126-ya çatıb. Bu haqda yapon KİV-i bildirib. 60-dan çox insan itkin hesab edilir. Yaponiyanın meteoroloji xidməti yeni sürüşmələr və daşqınların təhlükəsi haqqında xəbərdarlıq edib.

***

Yaponiyada leysan yağışların yaratdığı sürüşmə və daşqınlar nəticəsində ölənlərin sayı 85-ə çatıb. Bu barədə rəsmi məlumatlara istinadən NHK informasiya yayıb.

Bildirilir ki, 6 nəfər son dərəcə ağır vəziyyətdədir.

***

Təbii fəlakət zamanı ölənlərin sayı 81-ə catıb.

***

Yaponiyanın Küsü və Sikoku adalarında 3 gündür davam edən yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. Təbii fəlakət çoxsaylı sürüşmələrə gətirib çıxarıb, bir çox evlər su altında qalıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 92 nəfər itkin düşmüş hesab edilir.

***

Yaponiyada leysan yağışlar və onun törətdiyi sürüşmələr nəticəsində ölənlərin sayı açıqlanıb.

Təbii fəlakət zamanı daha 45 nəfər itkin düşmüş hesab edilir.

Yapon mediasının xəbərinə görə, ölkənin qərbində evlərin dağılması və selin avtomobilləri aparması nəticəsində 65 nəfər ölüb, 50 nəfərdən isə xəbər yoxdur. Bu ərazidən 4,7 milyon insan təxliyə edilməsi işinə başlanılıb. Hazırda 1 milyon insan ərazindən təxliyə edilib. Yapon ordusundan əlavə olaraq 48 min personal itkin düşənləri axtarır, yaralılara xidmət göstərir, təxliyə prosesini həyata keçirir.

Bölgədə güclü yağışların bir müddət davam edəcəyi deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm