Barlara hücumlar nəticəsində bir gecədə 15 nəfər öldürüldü
Bizi izləyin

Digər

Barlara hücumlar nəticəsində bir gecədə 15 nəfər öldürüldü

Bazar günü gecəsi Meksikanın Nuevo-Leon ştatının Monterrey şəhərində barlara hücumlar seriyası nəticəsində ən azı 15 nəfər öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yerli prokurorluğun məlumatına görə, əyləncə müəssisələrinə ümumilikdə altı hücum qeydə alınıb.

Ölənlərdən 9-u “Rancho Viejo” barında ziyarətçilərin güllələnməsi nəticəsində həlak olub. Qalan barlarda isə bir-iki ziyarətçi öldürülüb, çoxları yaralanıb.

Bütün hücumlar demək olar ki, eyni vaxtda təşkil edilib. “Cronica” portalı qeyd edir ki, hücuma məruz qalan bütün barlara “Şimali-şərq” kartelinin nümayəndələri tərəfindən nəzarət edilirdi. Hücumları isə onlarla mübarizə aparan “Körfəz” kartelinin üzvləri ediblər. Dəstələr ABŞ-a narkotiklərin göndərilməsi üçün bir-biri ilə mübarizə aparırlar.

Eyni zamanda, Tamaulipas ştatında yerli həbsxananın direktoru vurulub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm