Məhbuslar kəşfiyyatın həbsxana binasını tutdular - QİYAM
Bizi izləyin

Digər

Məhbuslar kəşfiyyatın həbsxana binasını tutdular - QİYAM

Venesuelada siyasi məhbuslar qrupu ölkənin ən güclü xüsusi xidmət orqanlarından biri olan Kəşfiyyat Xidmətinin (SEBİN) nəzdindəki həbsxana binasını nəzarət altına alıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Venesuela insan hüquqları müdafiəçisi Tamara Sudjan bildirib.

“Mən informasiyanı alıram ki, xarici dünya ilə 55 gün ərzində əlaqəsiz olan məhbuslar “SEBIN Helicoide” binasında etiraz edirlər və barmaqlıqları sındırırlar. Onlar insan hüquqlarının pozulmasına etiraz edirlər. Onların öz vəkilləri və ailələri ilə əlaqəsi kəsilib”, - Sudjan Tvitterdəki mikrobloqunda yazıb.

Sosial şəbəkələrdə dərc edilmiş kadrlardan da məhbusların barmaqlıqları sındırdığı görünür. Məhbuslardan biri olan Fred Mavaresin sözlərinə görə, qiyamçılar hakimiyyətdən onların insan hüquqlarına riayət etməyi tələb edirlər.

“Cənablar, SEBIN-lə danışıqlar olmayacaq, yalnız birbaşa prokurorluqla danışıqlar olacaq. Əgər burada qırğın olacaqsa, məsuliyyət hakimiyyətin üzərinə düşəcək”, - internetində yerləşdirilmiş videomüraciətində Mavares bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm