Gəmi qəzasında ölənlərin sayı 44-ə çatdı
Bizi izləyin

Digər

Gəmi qəzasında ölənlərin sayı 44-ə çatdı

Ötən həftənin sonu Tailandın Pxuket adasının sahillərində “Feniks” turist gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 44-ə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda axtarış-xilasetmə əməliyyatının qərargahına istinadən “Thai PBS” telekanalı bildirib.

Daha bir cəsədi isə su səhtinə qaldırmaq hələ mümkün olmayıb. Onun dənizin 40 metr dərinliyində batmış gəminin göyərtəsində sıxılıb qaldığı bildirilir.

Xilasedici əməliyyatın qərargahından telekanala bildiriblər ki, hazırda 3 nəfər itkin hesab olunur.

“Feniks” turist gəmisi Pxuket adasından cənubda iyulun 5-də batıb. Gəminin sərnişinləri əsasən, Çindən olan turistlər, ekipaj isə Tailand vətəndaşları idi. İlk saatlıq əməliyyatdan sonra balıqçılar və hərbi dənizçilər 49 insanı xilas etməyi bacarıblar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm