Kim Çen Rusiyaya gizli səfər etdi? – İDDİA
Bizi izləyin

Digər

Kim Çen Rusiyaya gizli səfər etdi? – İDDİA

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hökumət təyyarəsi bazar ertəsi Vladivostoka enməyib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Vladivostok aeroportunun nümayəndəsi bildirib.

“Cənubi Koreya KİV-inin xəbərlərində xatırlanan təyyarə Vladivostok aeroportuna enməyib. Yayılmış informasiya həqiqətə uyğun deyil”, - agentliyin həmsöhbəti deyib.

Daha əvvəl Cənubi Koreyanın “Renxap” agentliyi bildirib ki, Şimali Koreya lideri Kim Çen In və ölkənin başqa yüksək vəzifəli məmurlarının istifadə etdiyi hökumət təyyarəsi Vladivostoka enib və üç saat sonra Pxenyana geri uçub. Agentliyin mənbəyinin məlumatına görə, təyyarədə Şərq İqtisadi Forumunda Kim Çen Inın iştirakının təsdiq edilməsi üçün KXDR-dən olan məmurlar ola bilərdi.

Forum bu ilin sentyabrında Vladivostokda keçiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm