Amerikada iki ölkə arasında müharibə başlaya bilər – Maduro
Bizi izləyin

Digər

Amerikada iki ölkə arasında müharibə başlaya bilər – Maduro

Kolumbiyadan Venesuelaya hərbiləşdirilmiş qruplar göndərilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Venesuela prezidenti Nikolas Maduro bildirib.

“Kolumbiya oliqarxiyası ölkəmizdə zorakılıq dalğasını gücləndirməyə çalışmaq üçün Venesuelaya hərbiləşdirilmiş qrupları göndərir”, - o deyib.

Onun fikrincə, bu, Kolumbiya və Venesuela arasında silahlı qarşıdurmanı təhrik etmək üçün hazırlanır.

Xatırladaq ki, Venesuela prezidenti ötən ay Kolumbiya lideri Xuan Manuel Santosu hərbi münaqişəyə başlamaq niyyətində olmaqda ittiham edib.

“Xuan Manuel Santosun rəhbərlik etdiyi Kolumbiya höküməti silahlı münaqişə yaratmaq üçün Venesuela və Kolumbiya ərazisində hərbi xarakterli təxribat və aktlar seriyası hazırlayır", - Vensuela lideri hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Maduro hərbçiləri Santosun planlarına mane olmağa çağırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm