Ölkə ŞOKDA: 70 hərbi qulluqçu itdi
Bizi izləyin

Digər

Ölkə ŞOKDA: 70 hərbi qulluqçu itdi

Nigeriyanın şimali-şərqində “Boko Haram” terror qruplaşmasının hücumundan sonra təxminən 70 hərbi qulluqçu itmiş hesab edilir.

Publika.az xəbər verir ki, bu haqda “Sinxua” agentliyi bildirib.

Agentliyin yazdığına görə, hücum Bama rayonu ərazisində iyulun 14-də olub. Döyüşçülər ən azı 8 yük maşınından ibarət olmuş hərbçilərin konvoyuna hücum ediblər. Agentliyin mənbəyinin sözlərinə görə, hücum nəticəsində 70 hərbi qulluqçu, həmçinin 5 zabit itkin hesab edilir.

Qeyd edək ki, “Boko Haram” təhsilin qərb modelinə qarşı çıxır və bütün ölkə üzrə şəriətin tətbiqinə çalışırlar.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm